anadilim.az
anadilim.az

Diaspora sədri Şəms universitetində Azərbaycan dilinin tədrisini müzakirə edib

4-07-2019, 08:02 17 dəfə baxılıb

Diaspora sədri Şəms universitetində Azərbaycan dilinin tədrisini müzakirə edib“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin ən mötəbər universitetlərindən biri olan Ayn Şəms Universiteti ədəbiyyat fakültəsinin dekanı xanım professor Suzan EL Kallini ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında tarixi, mədəni və siyasi əlaqələrdən söhbət açılmışdır. S.Nəsirov xalqlarımız arasında əlaqələrinin inkişafında Azərbaycan dilinin tədrisinin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bildirərək, Azərbaycan dilinin tədrisinə verdiyi dəstəyə görə xanım Suzanaya öz təşəkkürünü bildirib. Diaspora sədri Azərbaycan dili və ədəbiyyatının tədrisində hər dəstəyi verməyə hazır olduğunu qeyd edi.

Xanım Suzan Azərbaycanın Misirlə dost və qardaş ölkə olduğunu bildirərək hər zaman Azərbaycan dilinin tədrisinə diqqət göstərdiyini bildirib. Hər bir dilin xalqlar arasında əlaqələrin inkişafında misilsiz rol oynadığını qeyd edib. 2018-ci ildə ədəbiyyat fakültəsi tərəfindən təşkil edilmiş beynəlxalq konfransda iştirak etmək üçün, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidovu şəxsən dəvət etdiyini bildirib.

Görüşün ən əsas mövzüzülarından biri Ədəbiyyat fakültəsində Azərbaycan dili şöbəsinin açılması ilə bağlı olub. Xanım dekan Azərbaycan dili şöbəsinin açılması fikrinə müsbət yanaşaraq və onun xalqlarımız arasında əlaqələrin inkişafında böyüyük tövhələr verəcəyini qeyd edib.

Sonra Ayn Şəms Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu arasında memurandumun imzalanması ilə bağlı müzakirələr aparılıb və Azərbaycan tərəfindən göndərilən təkliflər yazılı şəkildə təqdim olunub.

Görüşdə iştirak edən dekan müaveni professor Tarek M.Muhammad ərəb dilini öyrənmək istəyən azərbaycanlılara hər dəstəyi verməyə hazır olduğunu qeyd edib.
Sonda xanım Suzan ədəbiyyat fakültəsində Azərbaycan dilini öyrənən tələbələr üçün diaspora mərkəzində təşkil etdiyi yuksək səviyyəli ödənişsiz kurslardan ötəri diaspora sədrinə təşəkkür edib.

Qeyd edək ki, Hazırda Qahirədə Azərbaycan diaspora mərkəzində 19 ölkədən 230-dan çox tələbəyə Azərbaycan dili əsas olmaqla, müxtəlif fənlər ödənişsiz tədris olunur. Onlar arasında Ayn Şəms Universitetinin Ədəbiyyat Fakültəsinin tələbələri də vardır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA AZƏRBAYCANLILARI
LÜĞƏTLƏR