anadilim.az
anadilim.az

Qahirədə Azərbaycan dilini öyrənmək istəyən tələbələr üçün yeni qrup yaradılıb

27-06-2019, 10:25 9 dəfə baxılıb

Qahirədə Azərbaycan dilini öyrənmək istəyən tələbələr üçün yeni qrup yaradılıbMisirdə Azərbaycan diasporu mərkəzində Azərbaycan dilini öyrənmək istəyən tələbələr üçün yeni qrup yaradılıb.

Qahirədə Azərbaycan diasporu mərkəzində keçirilən tədbirlərdə “Vətənpərvər” Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov ölkələrimiz arasında tarixi əlaqələrdən, Azərbaycanın mədəniyyətindən, incəsənətindən və turizm potensialından geniş söhbət açıb. O, həmçinin Azərbaycan dilinin öyrənilməsinin əhəmiyyətindən, onun mənimsənilməsinin qısa yollarından və ərəb dilindən alınma sözlərdən bəhs edib. S.Nəsirov dilimizdə ərəb dilindən alınma sözlərinin sayının altı mindən çox olduğunu da xüsusi vurğulayıb.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

Xatırladaq ki, Misirin müxtəlif universitetlərindən 50 dən çox tələbə Azərbaycan dilini öyrənmək üçün Qahirədəki diaspor mərkəzinə müraciət edib. Onlar üçün 22 iyun tarixindən yeni qrup yaradılıb. Tələbələrə həftədə 10 saat olmaqla iki dəfə ödənişsiz dil dərsləri ilə yanaşı, ölkəmizin mədəniyyəti və tarixi də tədris olunur. Hazırda mərkəzdə 19 ölkədən 230-dan çox tələbəyə Azərbaycan dili başda olmaqla müxtəlif fənnlər ödənişsiz tədris olunur.

Qeyd edək ki, S.Nəsirov üç ildir Qahirə universitetində Azərbaycan dilini tədris edir. Qahirədəki diaspora mərkəzinin tələbələri artıq Azərbaycan dilindən ərəb dilinə tərcümə də edə bilirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA AZƏRBAYCANLILARI
LÜĞƏTLƏR