anadilim.az
anadilim.az

Özbəkistanın Xalq şairi Camal Kamalın yeni kitabında “Azərbaycan” qəsidəsi çap edilib

4-05-2019, 11:08 66 dəfə baxılıb

Özbəkistanın Xalq şairi Camal Kamalın yeni kitabında “Azərbaycan” qəsidəsi çap edilibÖzbəkistanın Xalq şairi Camal Kamalın “Yanqi əsr avlodi” nəşriyyatında yeni çapdan çıxan “Anvarmirzo xikoyatlari” altıcildliyinin beşinci cildi çapdan çıxıb.

Yeni kitabında şairin, poemaları, qəzəlləri, müxəmməsləri, qəsidələri və hekayələri toplanıb. Topluda şairin “Azərbaycan” qəsidəsi də çap olunub.

Qeyd edək ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə 2015-ci ildən dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si özbək dilinə tərcüməsi və nəşri layihəsi həyata keçirilir. Əsərlər özbək dilinə Camal Kamal tərcümə edir. “Xəmsə”nin əksəriyyəti artıq çap edilib və qalanları isə çapını gözləyir.

Azərbaycanın yaxın dostu Camal Kamal bir neçə il əvvəl AMM-nin dəstəyi ilə Azərbaycanda səfərdə olub, Bakıda görüşlərdə iştirak edib və paytaxtımızda şairin 80 illik yubileyi keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA AZƏRBAYCANLILARI
LÜĞƏTLƏR