anadilim.az
anadilim.az

Bakıda “Gənc Qırğız şeiri antologiyası” çap olunub

4-05-2019, 10:56 68 dəfə baxılıb

Bakıda “Gənc Qırğız şeiri antologiyası” çap olunubLayihə rəhbəri Milli Məclisin deputatı Cavanşir Feyziyev, baş redaktoru Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı olan antologiyaya Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və yazıçı-publisist Yunus Oğuz rəy verib.

Antologiyanı qardaş ölkənin istedadlı gənc yazarları, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvləri Altınbek İsmail, Kaliça Yaqub və Bekbolat Sarıbay tərtib edib.

Kitaba ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov “Təqdim”, Cavanşir Feyziyev “Ön söz”, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov isə “Bişkekdən Bakıya poeziya buketi” adlı ürək sözü yazıb.

Otuz beş gənc qırğız şairinin müxtəlif mövzuda yaradıcılıq örnəkləri toplanmış nəşrə daxil edilən şeirləri dilimizə İbrahim İlyaslı, Rəsmiyyə Sabir, Təranə Turan, Pərvanə Məmmədli, Gülnar Səma, Əkbər Qoşalı və başqaları çevirib.

Qeyd edək ki, DGTYB bundan əvvəl “Çağdaş Azərbaycan şeiri”, “Gənc tatar şeiri”, “Yeni qazax şeiri”, “Fəzanın cazibəsi (Arxangelsk şairlərinin şeirləri)”, “Özbək şeir çələngi” və “Yeni zaman Azərbaycan şeiri” antologiyalarını nəşr etdirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA AZƏRBAYCANLILARI
LÜĞƏTLƏR