anadilim.az
anadilim.az

Daşkənddəki universitetdə Məhəmməd Füzulinin adını daşıyan mərkəz yaradılacaq

4-05-2019, 10:51 61 dəfə baxılıb

Daşkənddəki universitetdə Məhəmməd Füzulinin adını daşıyan mərkəz yaradılacaqƏlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar mərkəzi yaradılacaq. Təxminən bir il əvvəl mərkəzin statusu, onun dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıması, habelə gələcək fəaliyyətinə dair Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovla universitetin rektoru, professor Şuxrat Siracəddinov arasında razılıq əldə olunub.

AMM burada xüsusi tərtibat və dizayn işlərini həyata keçirəcək, mərkəzi Azərbaycana dair nəşrlərlə təmin edəcək. Mərkəzə xüsusi avadanlıqlar, əyani vəsaitlər veriləcək və burada xalqlar arasında dostluq görüşləri, mədəni-ədəbi əlaqələrə dair müxtəlif tədbirlər, habelə dövlət atributları və milli mədəniyyətimizə dair xüsusi stendlər yaradılacaq.

Mərkəzdə Azərbaycan dili və ədəbiyyatının tədrisi həyata keçiriləcək, ədəbiyyata dair azərbaycanlı alimlərin, mütəxəssislərin iştirakı ilə mühazirələr, “açıq dərs”lər, sərgi və seminarlar təşkil olunacaq, buradakı kitabxanadan isə özbək gəncləri geniş faydalanacaq, eyni zamanda Azərbaycan dili kursları təşkil olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA AZƏRBAYCANLILARI
LÜĞƏTLƏR