anadilim.az
anadilim.az

Fonetik xüsusiyyətləri

8-05-2019, 22:12 57 dəfə baxılıb

Fonetik xüsusiyyətləriAzərbaycan dili Fonetik xüsusiyyətinə görə "ə" foneminin bütün pozisiyalarda işlənmə tezliyi ilə fərqlənir.

Türk dillərindən biri kimi müasir Azərbaycan dili özümlü xüsusiyyətləri ilə fərqlənən fonetik və qrammatik quruluşu olan bir dildir. Öz fonetik qanunauyğunluqlarına görə, bu dildə əmələgəlmə yerinə görə fərqlənən saitlər, yəni ön sıra (i, ü, e, ə, ö) və arxa sıra (ı, u, a, o) saitlər eyni bir söz və ya sözforma daxilində işlənə bilməz ("işıq", "ildırım" kimi "i" saiti ilə başlayan bir neçə söz istisnadır): eyni zamanda bu dildə dilortası samitlərin (g, k) arxasıra, dilarxası saitlərin (k, q, ğ, x) ön sıra saitlərlə bir hecada işlənməsi də mümkünsüzdür.

Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.

Azərbaycan dilinin fonem tərkibində 9 qısa (i, ü, e, ö, ə, a, o, u, ı), 6 uzun (i:, e:, ö:, ə:, a:, u:) sait var. Uzun saitlər bu dil üçün səciyyəvi deyil, onlar demək olar ki, yalnız alınma sözlərdə çox az hallarda işlənir.

Fonetik vurğu, bir qayda olaraq, sonuncu hecaya düşür. Fonematik vurğunun yeri sözün mənasından asılı olaraq dəyişmir: alma /ɑlˈmɑ/ (meyvə)– alma /ˈɑlmɑ/ (almaq).

Azərbaycan dilində söz əvvəlində işlənməyən 2 fonem var: ı saiti və ğ samiti.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA AZƏRBAYCANLILARI
LÜĞƏTLƏR